"Neftçi"dən növbəti oğurluq: Bu dəfə "Fənərbağça"dan

Day.Az представляет новость на азербайджанском языке

"Neftçi" məşqdən hazırlanan videonu sosial şəbəkədə yayımlayıb.

Milli.Az xəbər verir ki, videoda məşqə komandanın kapitanı Ruslan Abışovun gözüylə baxılıb. Videoda hər şey normaldır. Mənfi nəsə yoxdur. Amma kiçik bir araşdırma apararkən yenə plagiat məqamlar ortaya çıxdı. Belə ki, bu, "Neftçi"nin öz ideyası deyil, klub yenə oğurluq edib.

"Ağ-qaralar" Türkiyə nəhəngi ""Fənərbağça" klubundan bunu oğurlayıblar. Bununla da azarkeşlərə daha bir plagiat video təqdim olunub.

81 yaşlı paytaxt klubu daha öncə "Liverpul"un sosial şəbəkə hesabında yayımlanan oxşar videonu paylaşmışdı və klub prezidenti Kamran Quliyev də baş rolda yer almış, oğurluğa qatılaraq, fikirlər səsləndirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: