Çində "yol hərəkəti qaydalarını pozan" dəvəquşu saxlanılıb

Day.Az представляет новость на азербайджанском языке

Çinin yerli turistlər tərəfindən ən çox ziyarət olunan Yunnan vilayətində polis əməkdaşları dəvəquşunu saxlayıblar.

Day.Az Trend-ə istinadən xəbər verir ki, dəvəquşu yolun hərəkət hissəsi ilə qaçaraq hərəkətə mane olurdu. Quş sahibinə qaytarılıb.

Ümumiyyətlə, burada yolda və yaxud şəhərdə dəvəquşunu görmək nadirlik deyil. Onlar ictimai yerlərdə gəzir və insanlardan qorxmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.