Hakim qərar vermək üçün 8 dəqiqə videotəkrara baxdı

Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Meksika çempionatında "Qvadalaxara" və "Toluka" komandaları arasında keçirilən oyunda kuryoz hadisə baş verib.

Report xəbər verir ki, matçın referisi 80-ci dəqiqədə qonaq komandanın futbolçusunun zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyini çətinliklə müəyyənləşdirib.

VAR sistemindən yararlanan baş hakim düzgün qərar verməkdən ötrü epizodun videotəkrarına 8 dəqiqə baxıb və yekunda qol qeydə almayıb. 

Qarşılaşma "Qvadalaxara"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Meksika çempionatında VAR sistemi ötən ilin oktyabrından tətbiq edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Hakim qərar vermək üçün 8 dəqiqə videotəkrara baxdı