Trampa NATO-dan çıxmağı qadağan etdilər

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə görə, prezident Donald Tramp ölkəni NATO üzvlüyündən çıxara bilməyəcək.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Konqresin saytında deyilir.

Sənədin təşəbbüskarı olmuş demokrat Cim Panettanın bəyanatına görə, qanun layihəsi "prezidentin alyansdan çıxmaqla bağlı istənilən cəhdini və bunun üçün büdcə vəsaitlərindən istifadə etməsini" qadağan edir.

Bundan başqa, sənəd NATO-ya üzv dövlətlərin ümumdaxili məhsulunun azı iki faizinin kollektiv müdafiəyə sərf olunmasına və Rusiyanın potensial təcavüzündən qorunmaq məqsədi daşıyan Avropa təşəbbüsünə vəsaitin ayrılmasını dəstəkləyib.

Xatırladaq ki, bir həftə əvvəl ABŞ prezidenti Donald Tramp apardığı şəxsi söhbətlərdə ABŞ-ı NATO üzvlüyündən çıxarmaq istəyini dilə gətirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.