"Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycanda gənclər arasında sahibkarların sayının artmasında maraqlıyıq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ölkəmizdə sahibkarlar üçün əlverişli şərait yaradılıb: "Sadəcə, daha çox təşəbbüslə çıxış etməyə, cəsarətə, əzmkarlığa ehtiyac var".

M.Musayev əlavə edib ki, Azərbaycanda gənclərin məşğulluğu ümumi məşğulluğun ən əsas tərkib hissələrindən biridir:

"Keyfiyyətli orta, peşə və ali təhsil olmazsa, gənclər üçün layiqli iş yerlərindən danışa bilmərik. Təhsil proqramlarının təkmilləşdirilməsinə, onların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.