Vəfa Zeynalova efirlərdən niyə uzaqlaşıb?

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Faydalı saat" verilişinin növbəti qonağı əməkdar artist Vəfa Zeynalova olub. 

Day.Az bildirir ki, əməkdar artist efirlərdən uzaqlaşmasının səbəbindən danışıb:

"Sadəcə, özüm belə istəyirəm. Müəyyən qonaqlarla çağırırlar. Mən də orada olmaq istəmirəm. Yəni mənim üçün maraqlı deyil orada olmaq, onlarla söhbət etmək. Məni anlayan, başa düşən insanlarla danışmaq maraqlıdır. Müxtəlif xırda-xırda səbəblər bir araya toplandı, bir yerə və mən artıq belə bir qərar verdim".    

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Vəfa Zeynalova efirlərdən niyə uzaqlaşıb? - AÇIQLAMA