Alışanovun ən yaxın kadrı işdən çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov "təmizləmə əməliyyatı"na başlayıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılmasına diqqət yönəldib. Bu səbəbdən QSC-nin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və müavinləri vəzifəsindən azad olunub. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Televiziyanın maliyyə idarəsinə isə yeni rəhbər təyin olunub.

Qeyd edək ki, Şahrza Əliyev Arif Alışanova ən yaxın şəxslərdən biri idi.

Kadr islahatına daxil olan digər məsələ "Xəbərlər" informasiya studiyası ilə bağlıdır. Bu studiyada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar da artıq işdən azad olunublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.