“Şou-biznesi parazitlər basıb”

Day.Az представляет новость на азербайджанском языке

Özü də bilir ki, oxuya bilmir.

Day.Az bildirir ki, ARB TV-nin "Show news" proqramının budəfəki müsahibi meyxanaçı, müğənni Namiq Qaraçuxurlu olub.

Sənətçi şou-biznesi artıq parazitlərin basdığını bildirib:

"Şou-biznesdə elə insanlar var ki, başa düşə bilmirsən, bu adamın sənəti nədir? Müğənni kimi özü də bilir ki, oxuya bilmir, aparıcı kimi başa düşmürsən nə danışır. Elə insanlar çoxdur. Ailə tərbiyəsi görməyən insanlar da var bunların arasında. Müğənni kimi səninlə söhbət edəndə deyirsən ki, müğənninin düşüncəsi belə olmalı deyil. Bunları da ələkdən keçirmək lazımdır. Amma görürsən ki, "uje" gecdir. Prazitlər dolub. Şou-biznes nümayəndəsi olub ki, ona görə kimlərləsə böyük qırğınlar etmişəm, sabahısı gün tapdalayıb gedib. Bəzilərini yola verirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: