Türkiyənin terrorçulardan azad etdiyi şəhərdə partlayış: ölənlər var

Day.Az представляет новость на азербайджанском языке

Suriyada partlayış baş verib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Suiyanın Afrin şəhərində bomba yüklü avtomobil partladılıb.

Bu barədə məlumatı "Sky News Arabia" yayıb. İlkin məlumata görə, 3 ölü var.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə ötən ilin yanvar ayının 20-də başlatdığı "Zeytun budağı" əməliyyatı ilə Suriyanın Afrin bölgəsini terrorçulardan azad edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.