“Qaz 24”lə “06” toqquşdu: 3 nəfər ağır yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Şəki şəhər Kiçik dəhnə kənd sakini, 22 yaşlı Naib Tahirova məxsus "Vaz 2106" markalı avtomobil "Qaz 24" markalı konstruksiyası dəyişilmiş avtomobillə toqquşub.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə "Vaz 2106"nın sürcüsü, həmçinin Kiçik Dəhnə kənd sakinləri - 25 yaşlı Nicat Rəşidov və 23 yaşlı Novruz Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlara dərhal hadisə yerində ilkin tibbi yardım göstərilib və Şəki RMX-ya çatdırılıblar.

Reanimasiya şöbəsinə yerləşdirilən Naib Tahirova qapalı kəllə-beyin travması, Nicat Rəşidovun sağ bud sümüyünün sınığı, Novruz Yunusova isə alt dodağın cırılmış yarası diaqnozu qoyulub. Müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: