Məşhur aktrisa vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

Türk kinosunun məşhur aktrisası Ayşen Qruda vəfat edib.

Day.Az ölkə.az-a istinadla xəbər verir ki, məşhur sənətçi müalicə olundğu Kağıthane Derindere xəstəxanasında dünyasını dəyişib.

Ayşen Qruda 1945-ci ilin 30 noyabr tarixində İstanbulun Yeşilköy səmtində anadan olub. O, Osmanlı imperiyası dövründə qərargah kimi istifadə edilən bir mülkdə, Erman ailəsinin ortancıl qızı kimi dünyaya gəlib. Atası maşinist olub. Uşaq yaşlarından istedadı ailəsi tərəfindən kəşf edilib. Orta məktəbdə oxuyanda atasını itirir və məktəbi buraxıb işləməyə başlayıb.

Tevfik Bilgenin qastrol teatrında peşəkar karyeraya atılıb. İlk dəfə 1962-ci ildə "Kongre Eğleniyor" adlı tamaşada xidmətçi qız rolunu oynayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.