İkinci mərtəbədən yıxılan 30 yaşlı qadın xəstəxanada ölüb
Day.Az представляет новость на азербайджанском языке
Qaxda hündürlükdən yıxılaraq ağır xəsarət alan qadın xəstəxanada ölüb.
Day.Az report-a istinadən xəbər verir ki, yanvarın 6-da şəhərin Axundov küçəsi ev 30 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən çöldə asılan qurudulmuş əti götürmək istəyərkən yıxılıb.
Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Lakin göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре