https://news.day.az/azerinews/1087148.html Avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edən polisin cəzası nə oldu?

Avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edən polisin cəzası nə oldu?

Azərbaycanca, 30 января 2019 10:31 (UTC +04:00) 1 213
Avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edən polisin cəzası nə oldu?

Day.Az представляет новость на азербайджанском языке

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Sadıqov 4 il 6 ay azadlıqdan məhrum edilib.

S.Sadıqov Daxili İşlər Nazirliyinin Metroda Polis Şöbəsinin əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə avtomobil dövlət qeydiyyat nişanı alacağı vədi versə də, sonradan vədinə əməl etməyib. Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости