Emil Balayev Qazaxıstan klubunda

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan millisinin futbolçusu Emil Balayevin Qazaxıstan "Tobol"una keçidi rəsmiləşib.

Day.Az report-a istinadən xəbər verir ki, 24 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanılıb.

O, Kostanay şəhər təmsilçisinə azad agent statusu ilə keçib.

Qeyd edək ki, Balayev cari mövsümün ilk yarısında "Səbail"də çıxış edib. Yığma üzvü karyerası ərzində "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandalarının da formasını geyinib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.