Binəli Yıldırım istefa verir

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefaya getmək barədə qərar verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, türkiyəli spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.