Minimum əməkhaqqının artırılması Azərbaycanda iqtisadi yüksəlişin göstəricisi kimi də qiymətləndirilməlidir

Day.Az представляет новость на азербайджанском языке

Minimum əməkhaqqının artırılması Azərbaycanda iqtisadi yüksəlişin göstəricisi kimi də qiymətləndirilməlidir.

Day.Az bildirir ki, bunu Trend-ə  "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev minimum aylıq əməkhaqqının artırılması barədə Azərbaycan Prezidentinin sərəncamını şərh edərkən deyib.

B.Quliyev qeyd edib: "Prezident İlham Əliyev bütün çıxışlarında vurğulayır ki, onun siyasətinin əsas prioriteti insanların rifah halının və sosial həyatlarının daha da yaxşılaşdırılmasıdır. Aparılan uğurlu sosial siyasətin bariz nəticəsidir ki, dövlətimizin rəhbəri zaman-zaman bu kimi sərəncamlar imzalayır. Yalnız bu sərəncam deyil, ümumiyyətlə, insanların sosial həyatlarının yaxşılaşdırılması üçün bütövlükdə maaşların, təqaüdlərin artırılması ilə bağlı mühüm qərarlar verilir. Bu, həm də Azərbaycanda iqtisadi yüksəlişin göstəricisi kimi qiymətləndirilməlidir. Belə ki, sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır. Bilirik ki, Azərbaycan istər regional, istərsə də beynəlxalq iqtisadiyyat dairələrində qabaqcıl yerlərdən birini tutur, o cümlədən, nəhəng layihələrin reallaşdırılmasında həm təşəbbüskar, həm də ideyaverici qismində çıxış edir. Əlbəttə, bütün bunlar ölkəmizin güclənməsinə böyük stimul verir, eləcə də cəmiyyət üçün bu kimi mühüm addımlar atılır. Ümumiyyətlə, belə uğurlu sərəncamlar cənab İlham Əliyevin sosial siyasət strategiyasının məqsədyönlülük prinsipidir. Yəni atılan hər bir oxşar addım xalqın dövlət tərəfindən daim diqqətdə saxlanılmasının göstəricisidir".

Siyasi ekspert xatırladıb ki, sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat, yəni 38,4% artırılaraq 130 manatdan 180 manata çatdırılır və ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir:

"Sərəncam birbaşa olaraq 600 minədək insanı əhatə edəcək və bu, heç də kiçik rəqəm deyil. Onu da qeyd etmək istərdim ki, minimum əməkhaqqının artırılmasını təmin edən sosial əhəmiyyətli qərar həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək ki, bu da insanlarımızın həyatlarında öz münbit səmərələrini verəcək. Bayaq da qeyd etdiyim kimi, belə sərəncamlar zaman-zaman imzalanır və biz son 15 ildə əməkhaqlarının 7, minimum əməkhaqlarının isə 6,5 dəfə artırıldığını müşahidə etmişik. Bütövlükdə isə belə sərəncamların davamlı xarakter alacağını, qarşıdakı illərdə də davam etdiriləcəyini əminliklə qeyd edə bilərik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.