Whatsappdan çoxdan gözlənilən yenilik gəldi

Day.Az представляет новость на азербайджанском языке

Whatsapp proqramı İOS istifadəçiləri üçün yeni bir özəllik istifadəyə buraxıb.

Azmedia.Az xarici mətbuata istinadla xəbər verir ki, artıq whatsapp proqramı İOS-larda üztanıma və barmaq izi ilə işləyəcək.

Öncələr təhlükəsizlik məqsədilə whatsappda pin kodlardan istifadə olunurdu. Lakin hazırda təhlükəsizlik sistemini daha da gücləndirmək üçün üztanıma və barmaq izi tətbiq olunur.

Bir müddətdir ki, test mərhələsində olan yenilik artıq istifadəyə hazırdır.

Bu yenilikdən istifadə etmək istəyən ios istifadəçiləri whatsappın son versiyasını yükləməlidirlər. -

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.