Rumıniya aviaşirkəti Buxarest-Bakı reysini ləğv etdi - SƏBƏB

Day.Az представляет новость на азербайджанском языке

Rumıniyanın TAROM aviaşirkəti Buxarest-Bakı reysini ləğv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, reys şirkət üçün yüksək xərclərlə əlaqədar ləğv olunub.

TAROM şirkətinin saytından aviareys barədə məlumatlar və bilet sifarişi yığışdırılıb.

Həmin reysin aprelin 3-də işə düşəcəyi gözlənilirdi.

Qeyd edək ki, ilk dəfə Buxarest-Bakı reysinin işə düşəcəyi barədə məlumatlar ötən ilin oktyabrında yayılmışdı. Hər iki istiqamətdə biletlərin qiymətinin 341 avrodan başlayacağı deyilirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.