Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli "ATV maqazin onlarla" proqramının "Onunla 3 dəqiqə" rubrikasının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcının "Hansı məşhur burnu girməyən yerə başını soxur" sualına "Adı altıhərflidir, sadəcə özünü dördhərfli sayır. Dördhərfli qız kimi göstəriş verəndə xoşum gəlmir" deyə, cavab verib.

O, Ruslan Ağayevin "Dördhərfli qız kimdir" sualına isə "Sənin sevgilin" deyə, qarşılıq verərək ad çəkməkdən yayınıb.

Qeyd edək ki, Roza Zərgərli bir müddət öncə həmkarı Nura Suri ilə qalmaqal yaşamışdı. Onun adını çəkmədiyi məşhur Nura Suridir. Nuranın əsl adı isə Aynurədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.