Day.Az представляет новость на азербайджанском языке

"Mikrobları görürsünüz? Mən də görmürəm. Deməli, onlar yoxdur və mikroblarla bağlı deyilənlər düz deyil".

ABŞ-ın ən populyar teleaparıcılarından biri, Fox TV telekanalındakı "Fox & Friends" proqramının aparıcılarından olan Pet Brayan Heqset belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Əfqanıstan və İraqdakı müharibələrin veteranı, 38 yaşlı teleaparıcı mikrobların mövcudluğuna inanmadığını, bu səbəbdən də 10 ildən bəri əllərini yumadığını etiraf edib.

Dünən ABŞ-da Milli Pitsa Günü qeyd olunub. "Fox & Friends"un aparıcılarından olan Cedediya Bila bundan danışarkən deyib: "Günlərin birində Piter Heqset çəkiliş meydançasında köhnə pitsanı həvəslə yeyib. Bunu özüm gördüm. Həmin pitsa günlərlə çəkiliş meydançasında qalmışdı".

 

Buna cavab olaraq Piter Heqset söyləyib: "Mikrobların varlığına inanmıram. Əllərimi yumuram və bu səbəbdən də özümü pis hiss etmirəm. Əslində, başqalarının "antisanitariya" dedikləri məqam mənim orqanizmimi, səhhətimi qoruyur. əllərim də təmizdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: