İsveçrədə müsəlman qadınlarla bağlı şok qərar

Day.Az представляет новость на азербайджанском языке

İsveçrədə rəsmi qurumlarda işləyən müsəlman qadınların hicab taxması yasaqlanır.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, İsveçrənin Cenevrə Kantonunda müsəlmanların və bir neçə partiyanın etiraz etdiyi müvafiq qanun qəbul edilib.

Cenevrə Kantonu uzun müddət müzakirə olunan, dövlət və dinlər arasında münasibətləri çərçivəyə salacaq qanunu ötən ay qəbul edib.

 

Dəyişikliyə qarşı çıxan müxalifət partiyaları və vətəndaş cəmiyyəti qurumları qanunu referenduma çıxarmaq məqsədilə tələb edilən 5 min 227 imzaya qarşı 8 min imza toplayaraq qanunla bağlı referenduma nail olub.

Cenevrə Kantonunda dünən keçirilən referendumun rəsmi olmayan nəticələrinə görə əhalinin 55 faizi qanunu dəstəkləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.