Avstraliyada ağ akula balıqçıya hücum edib

Day.Az представляет новость на азербайджанском языке

Avstraliyada ağ akula balıqçıya hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident Qrut-Aylənd adası sahillərində axşam saatlarında baş verib. 25 yaşlı şəxs suyun altında balıq tutarkən akula ona hücum edərək, xəsarətlər yetirib. Onu vəhşi balığın əlindən yaxınlıqdakı şəxslər zorla alıblar.

Yaralı balıqçı suda çıxarıldıqdan sonra vertolyotla xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilsə də, uzun müddət müalicə alacağı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.