Ana bətnindən çıxarılıb əməliyyat edilən körpə yenidən yerinə qoyuldu

Day.Az представляет новость на азербайджанском языке

Tibb tarixində daha bir ilk yaşanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Belçikada doğulmamış körpə ana bətnindən çıxarılaraq əməliyyat olunduqdan sonra yenidən yerinə qoyulub.

Əməliyyat Bethan Simpson adlı qadının üzərində həyata keçirilib.

Cərrahlar əməliyyatla qadının körpə qızını bətnindən çıxarıb, onurğa yırtığını tikdikdən sonra yenidən anasının bətninə yerləşdiriblər.

Belçikadakı "Great Ormond Street Hospital"da keçirilən əməliyyatı ingilis həkimlər belçikalı həmkarları ilə birgə həyata keçiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.