Bu problem məktəblilərin təqribən 50%-ni narahat edir

Day.Az представляет новость на азербайджанском языке

Uşaqlarda qəbizliyin səbəbləri, sağlamlığa təsiri və bu problemi aradan qaldırılma yolları haqqında olan suallar ilə, biz uşaq həkimi, professor Hüseyn Qabulova müraciət etdik.

Professorun sözlərinə görə qəbizlik geniş yayılmış problemdir və 50% uşaqlarda rast gələ bilir. Araşdırmalar göstərir ki, qəbizlik məktəb yaşlı uşaqlardada çox rast gəlir. Məktəblilərdə mütamadi olaraq meydana çıxan baş ağrıları, yorğunluq, yaddaşın zəifləməsi, diqqətsizlik, əsəbilik, allergik reaksiyalar, dəri problemləri və digər xoşagəlməz hallar məhz bu vəziyyətin Oturaq həyat tərzi, qeyri-normal qidalanma və stress qəbizliyin yaranmasına təsir edən amillərdəndir. Bu səbəblərdən yaranan qəbizlik funksional olur və həyat tərzinin dəyişdirilməsi ilə tez bir zamanda aradan qaldırıla bilər.

Bunun üçün məktəbli gün ərzində mümkün qədər fiziki aktiv olmalıdır (səhərlər gimnastika, gün ərzində piyada gəzinti, təmiz havada oyunlar və s.). Aktiv həyat tərzi uşağın ümumi qan dövranının, mədə-bağırsaq sisteminin aktivləşməsi ilə yanaşı, onu stresdən qoruyar.

Digər vacib amillərdən biri də məktəblinin qidalanmasıdır. Gündəlik qidalanmada tərkibində bitki lifləri olan məhsullardan (meyvə-tərəvəz, xüsusilə də alma, armud, gavalı, əncir, portağal, çuğundur, kök, brokkoli, quru paxlalılar, giləmeyvə, taxıl məhsulları, qarabaşaq, yulaf sıyıqları, badam, qoz, fındıq) gundəlik rasionda istifadə olunması məsləhətdir.

Lifli qidaların təsirinin artırılması üçün, uşaqlar gün ərzində kompot, meyvə və tərəvəz şirələri, təmiz su qəbul etməlidirlər. Maye qəbulu, həmçinin susuzluğun qarşısını alır.

Bəzi tövsiyələrdə müəyyən həcm göstərilməklə, gün ərzində uşaqlara bol suyun qəbulu məsləhət görülür. Qeyd etmək lazımdır ki, hər yaşa uyğun uşaqlar üçün belə bir göstəricilər mövcuddur. Ümumiyyətlə, uşaqlar sutkada hər kilo çəkisinə təxminən 30-100 ml maye qəbul edə Balacaların gün ərzində hansı miqdarda su qəbul etməsini müəyyənləşdirmək üçün həkiminizlə məsləhət etmək olar ki, uşağınızın gün ərzində sağlamlığını, yaşını, çəkisini, ilinfəslini nəzərə alınmaqla qəbul edəcəyi mayenin miqdarını dəqiqləşdirməyə kömək etsin.

Yuxarıda göstərilənlərlə yanaşı, qəbizliyin qarşısının alınması məqsədilə bir sıra qida məhsullarının məhdudlaşdırılması və ya tamamilə qəbul olunmaması məsləhət görülür. Məsələn, bunlara yağlı, qızardılmış və xəmir yeməkləri, çips, konservlər, hisə verilmiş qidalar, kolbasa-sosis məmulatları, ictimai iaşə müəssisələrində tez hazırlanan qidalar (dönər, hamburger və s.), mayonez, turşular, dondurulmuş qida, meyvələrdən heyva, turş nar və zoğal, qazlı içkilər, mikrodalğa sobasında hazırlanmış yeməklər aid ola bilər.

Yuxarıda sadalanan sadə qaydalara əməl olunarsa, bir çox hallarda qəbizliyin qarşısını almaq mümkün olur. Lakin nəzərə alın ki, davamlı qəbizlik bir sıra ciddi xəstəliklərin əlaməti ola bilər və bununla əlaqədar vaxtında həkimə müraciət etməniz tovsiyə olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.