Gəncədə zəncirvari yol qəzası olub, yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Report-a istinadən bildirir ki, hadisə zamanı 4 avtomobil toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.