Bir aliənin 5 üzvünü qətlə yetirdilər: biri 15 aylıq uşaqdır

Day.Az представляет новость на азербайджанском языке

Şərqi Teksasda 15 aylıq uşaq da daxil olmaqla bir ailənin beş üzvü evlərində vurularaq öldürülüb.

Polislərin sözlərinə görə bazar ertəsi günü  ailə üzvləri ər və arvad daxil olmaqla - 2 kişi evin içində , 2 qadın və körpə evdən kənarda güllələnmiş halda tapılıb.

Azmedia.az xarici mətbuata istinadla yazır ki, Şerifin baş müavini Bayron Lion yetişkinləri - Aşley Delaney, yoldaşı - Randi Horn, Aşleyin qaynı və baldızının kimliyini aşkar edib. Uşağın kimliyi isə aşkarlanmayıb.

Yerli mətbuatın verdiyi məlumata görə, Randi Horn ailə üzvülərini özünü öldürmədən öncə vurub.

Polislər bildirib ki, Aşleyin anası olduğunu deyən qadın təhlükəsiz və yataq otağında gizlənmiş halda tapılıb.

O, tədqiqatçılara bazar ertəsi, saat 5.30-da baş vermiş səs-küy kimi təsvir etdiyi bir narahatlıq ucbatından oyandığını söyləyib.

Bayron Lion qəzet işçilərinə açıqlamasında "bu dəhşətdir, dəhşətli səhnədir. Bu bizim üçün nadir hadisələrdən biridir. Ümid edirəm ki, xalq dualarını əskik etməyəcək." deyə bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.