“Skameykada oturan cütlüklə söhbəti 100 manata həll etdik”

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Şaban Məmmədovun məhkəməsi keçirilib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyərək əlavə edib ki, 7 il 6 ay Çevik Polis Alayında xidmət edib və daha sonra xidmətdən qovulub: "Hadisə günü "Ukrayna" dairəsi yaxınlığında parkda gəzirdim, gənc oğlanla bir qızın skameykada yan-yana oturduğunu gördüm. Onlara yaxınlaşıb polis əməkdaşı olduğumu deyib niyə bir yerdə oturduqlarını, qızın ailəsinin bundan xəbəri olub-olmadığını soruşdum. Sonra söhbəti 100 manata həll etdik. Mən də çıxıb getdim. Məqsədim asayişi qorumaq idi".

Zərərçəkmiş Ülvi Abdullazadə deyib ki, nişanlısı ilə parkda olanda bir nəfər onlara yaxınlaşıb və polis olduğunu deyib: "Məni nişanlımın yanında döyüb 100 manat aldı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.