Day.Az представляет новость на азербайджанском языке

Əmək pensiyaları ötən ayın artımı ilə birlikdə yaxın günlərdə verilməsinə başlanılacaq. Artıq bunnula bağlı texniki işlər aparılır. Ümumilikdə isəbu artım 1 milyon 200 min nəfəri əhatə edəcək.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yanvar ayı üçün nəzərdə tutulan artım bu ayın pensiyaları ilə birgə ödəniləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov deyib.Onun sözlərinə görə,Dövlət Statistika Komitəsi tərəfindən ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3 faiz müəyyənləşdirilib.Ümumilikdə isə pensiya artımı 1 milyon 200 min nəfəri əhatə edəcək.

Eyvaz İsmayılovun sözlərinə görə,bəzi kateqoriya şəxslər pensiyalarına qulluq stajına görə əlavə alırlar,həmin şəxslərin pensiyaları vaxtı ilə işləmiş olduqları vəzifənin maaşı artıqda yenidən hesablanır.Eyvaz İsmayılov bildirdi ki,pensiyalar yaxın günlərdə veriləcək.

Hazırda bununla bağlı texniki işlər aparılır...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!