Bakıda 75 min manata ağac satılır
Day.Az представляет новость на азербайджанском языке
Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki, rast gəlibsiniz. Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır. Əməkdaşlarımız belə satış mərkəzlərindən birində olub və qiymətlərlə maraqlanıblar.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, buradakı zeytun ağacları İspaniya və İtaliyadan gətirilir.
Satış mərkəzində Aralıq dənizi sahillərindən gətirilmiş palma və digər dekorativ bitkilər də var.
Bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər gedib çıxır.
Bir sözlə, Bakıda dekorativ bitkilərin satıldığı məntəqələrdə hər növdə və hər qiymətdə ağac və kollara rast gəlmək mümkündür.
Mütəxəssisin sözlərinə görə, bu ağaclar əkilərkən xüsusi qaydalara əməl edilməlidir. Daha sonra isə onların yetişdirilməsi və uzunömürlü olması üçün xüsusi qulluq göstərilməlidir.
Bu bitkilərin, xüsusilə də zeytun ağaclarının Abşeron yarmadasının iqliminə uyğunlaşdığı da bildirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре