Yol polisləri yolda qalan avtomobili təmir etdi

Day.Az представляет новость на азербайджанском языке

Yol polisi əməkdaşları təqdirəlayiq hərəkətləri ilə gündəmə gəliblər.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Həmid Rüstəmov adlı Cəlilabad rayon sakini Avtosfer.az saytına 99 YP 576 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan Rauf və İlham adlı əməkdaşlar bərədə məlumat verib.

Vətəndaş deyir ki, özünə məxsus VAZ 21 06 markalı avtomobil ilə hərəkət edərkən Cəlilabad rayonu ərazisində maşın xarab olub. Yolda qalan sürücünün köməyinə YPX əməkdaşı çatıb.

Onlar avtomobili təmir etməkdə sürücüyə kömək edirlər. Belə ki, avtomobilin benzin nasosu sıradan çıxıb. YPX əməkdaşı avtomobili müvəqqəti təmir edib və onu işlək vəziyyətə salmaq üçün itələyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.