Ermənilər şokda: Azərbaycan ordusu bizi 4 günə məhv etdi

Day.Az представляет новость на азербайджанском языке

İsraillə Azərbaycan arasında bağlanan müqavilə erməniləri qorxuya salıb.

Day.Az Sfera.az-a istinadla xəbər verir ki, 2016-cı ilin 4 günlük aprel savaşında aldıqları dəhşətli zərbəni unutmayan ermənilər İsraillə Azərbaycan arasında bağlanan yeni müqaviləyə münasibət bildiriblər. Erməni sosial şəbəkə istifadəciləri  Azərbaycanın İsrail müdafiə şirkəti "Aeronautics" aviaşirkətinin istehsalı olan pilotsuz uçuş aparatlarının alınması ilə bağlı müqaviləsini ermənilərin qorxulu röyasının gerçəkləşməsi kimi dəyərləndiriblər. 
 
Xatırladaq ki, İsrail şirkəti ölkəmizlə 13 milyon dollar dəyərində müqavilə imzalayıb və Orbiter 1K pilotları üzərində təmir işləri də nəzərdə tutulur.

Erməni sosial şəbəkə istifadəçilərindən biri belə yazıb:" 2016-cı il Azərbaycan ordusunun qüdrətini biz gördük. İllərdir erməni ordusu mifini cəmi 4 günə məhv etdilər. İndi İsraildən yeni PUA-lar alırlar. Biz necə qorxmaya bilərik. İstəsələr lap Yerevanı da dağıda bilərlər."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.