Bakıda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən "Toyota Land Cruiser", "Hyundai Elantra" və iki ədəd "Mercedes E-class" markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan "Mercedes"lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir.

Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda zəncirvari qəza - 4 maşın bir-birinə girdi