Eldar Əzizov töhmət verdiyi baş direktoru işdən çıxartdı

Day.Az представляет новость на азербайджанском языке

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb.

Day.Az unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.

Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.