Məktəblini bayrağa salam vermədiyinə görə həbs etdilər

Day.Az представляет новость на азербайджанском языке

Sərlövhəni oxuyanda adamın ağlına əvvəlcə Şimali Koreya gəlir. Düşünə bilərsiniz ki, məhz bu Asiya ölkəsində məktəbli ilə belə davrana bilərdilər. Amma nə qədər qəribə olsa da, məktəblini bayrağa salam vermədiyinə görə dünyanın ən demokratik ölkələrindən sayılan ABŞ-da həbs ediblər.

Bizimyol.info xəbər verir ki, hadisə Florida ştatında baş verib. Leyklend şəhərindəki məktəblərdən birində 11 yaşlı şagird ABŞ bayrağına ənənəvi əsgər salamı verməkdən imtina edib. Bu, müəllimi Ana Alvaresin xoşuna gəlməyib. Şagird bayrağı rasizm elementi adlandırıb, üstəlik, milli himnin afro-amerikalıları təhqir etdiyini deyib. Müəllim "xoşuna gəlmirsə, çıxş get başqa ölkəyə" cavabını verib. Qalmaqal böyüyüb. İşə məktəb rəhbərliyi qarışıb. Şagirdi həbs ediblər. İndi məktəb rəhbərliyi deyir ki, şagird salamlaşmaqdan imtinaya görə yox, polisə müqavimət göstərdiyi üçün həbs olunub.

Uşağın anası Dhakira Talbot hamıdan əvvəl məktəb rəhbərliyindən narazıdır. Onun fikrincə, məsələni çox şişirdiblər: "Situasiyanı başqa cür həll etmək lazım idi. Nizam-intizam pozulubsa, bununla məktəb məşğul olmalıdır. Onu həbs etməyə ehtiyac yox idi".

Talbot oğlunu məktəbdə çox ələ saldıqlarını bildirir. Onun dediyinə görə, uşaq təhsil ocağında təzyiqlə qarşılaşırmış. Şagirdi həbsdən buraxacaqlar. Amma o, azı üç gün məktəbə gedə bilməz. Məktəb rəhbərliyi etirazçını həm də belə cəzalandırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.