Misir fironu ilə bağlı sirrin üstü açıldı

Day.Az представляет новость на азербайджанском языке

Müəmmalı Misir fironu ilə bağlı sirrin üstü açılıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Misir fironu Axenatenlə bağlı sirr çözülüb.

1891-ci ildə italiyalı arxoloq Alessandro Barsanti firon Axenaten üçün qurulan məqbərəyə daxil olsa da, ona aid hər hansı iz tapmayıb.

İllərdir aparılan araşdırmalar nəticəsində məlum olub ki, onun mumiyasını qədim zamanlarda qəsdən yox ediblər.

Buna səbəb isə firon Axenatenin təkallahlığı təbliğ etməsi olub. Qədim tarixi mənbələrə görə, o, sadəcə, bir - Günəş allahının varlığına inanıb.

"Ola bilsin ki, Axenaten ya, ümumiyyətlə, burada dəfn edilməyib, ya da qəsdən mumiyası məhv edilib", - fironla bağlı hazırlanan sənədli filmdə deyilir.

Qeyd edək ki, Axenaten 17 il (e.ə 1370-1353) hakimiyyətdə olub. Onun qısa müddətli hökmranlıq dövrü mübahisəli məsələlərlə doludur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.