Maşınlar yolda qaldı

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Şamaxı yolunda yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əsasən, Ağsu dolaylarında maşınlar yolda qalıb.

Qar yolda maşınların sürüşməsinə və yoxuşa doğru qalxmasına çətinlik yaradıb. Bir neçə sürücü hərəkəti dayandırmağa məcbur olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.