Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı

Day.Az представляет новость на азербайджанском языке

"Havadan xəbərsiz idik"

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.

Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.

Sürücü: "Qar yağmağa davam edir, yolda qalmışıq. Yol polisi əməkdaşları sağ olsunlar köməklik etdilər maşını yoldan kənara çıxardıq".

Sürücü: "Yay təkəri ilə gəlmişik. Qaldıq yolda. Havadan xəbərsiz idik".

Sürücü: "Qəbələdən bu yana 5 saatdır ki, yoldayam, buraya qədər gəlib çıxa bilmişik".

Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax, eləcə də Muğanlı-İsmayıllı, İsmayıllı-Oğuz-Qəbələ-Şəki magistrallarının axşam saatlarında şaxta səbəbindən buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə vacib olmadıqca yola çıxmamalarını tövsiyyə edir.

Ağasəlim Nağıyev - Tağım komandiri: "Təmizləyirik, qar da yağmağa davam edir. Sürücülərə tövsiyyəmiz odur ki, diqqətli olsunlar. Nasaz maşınlarla yola çıxmasınlar".

Hazırda ərazidə qarın yağması davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı