18 yaşına qədər olan gənclərə enerji içkiləri də satılmayacaq

Day.Az представляет новость на азербайджанском языке

"Gənclər siyasəti haqqında" qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu.

Belə ki, 18 yaşına qədər olan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışına icazə verilmirdi.

İkinci oxunuş zamanı isə deputatların təklifi nəzərə alınaraq, bu sıraya alkoqollu energetik içkilərin satışı da əlavə edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz