Döş xərçəngi bir gündə müalicə olunub

Day.Az представляет новость на азербайджанском языке

Nisdə Antoine Lacassagne Mərkəzində həyata keçirilən lumpektomiya və bir dəqiqədən az çəkən radioterapiyadan sonra qadının döşündəki şiş çəkilib.

Day.Az sherg.az-a istinadən bildirir ki, bu xanım, səhər tezdən birbaşa əməliyyata alınması üçün xəstəxanaya gətirilib. Lakin həkimlər onu əməliyyata almayıblar. Bir dəqiqədən də az çəkən radioterapiyadan sonra şiş tədricən çəkilməyə başlayıb. Axşam saatlarında xanım evinə buraxılıb. Ona özünü nəzarətdə saxlaması tövsiyyə olunub.

Bu, müalicə baş tədqiqatçı professor Jan-Mişel Hannun-Levinin komandası ilə gördüyü işin nəticəsidir.

Məlum müalicə üsulu ilk dəfə Nisdən olan tanınmış radioterapist, professor Jan- Pier Jerard tərəfindən aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.