Yol polisləri onları uçuruma düşməkdən xilas etdi

Day.Az представляет новость на азербайджанском языке

"Qayıdanda yolu səhv saldıq"

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, Quba rayonunun Təngəaltı kəndi ərazisində qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşən "Toyota" markalı minik avtomobilindəki şəxslər xilas edilib. Köməksiz vəziyyətdə qalan Bakı şəhər sakini Aqşin Həşimov və Xırdalan şəhər sakini Amil Əliyev avtomobildən əraziyə gələn dövlət yol polisi əməkdaşları tərəfindən çıxarılıb.

Qubaya istirahət məqsədi ilə gələn hər iki şəxs hadisə nəticəsində xəsarət almayıb.

Zərəçəkən: "Qayıdanda yolu səhv saldıq. Guya Bakıya gedirdik. Yol polisləri sağ olsunlar gəlib kömək etdilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisləri onları uçuruma düşməkdən xilas etdi