Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

Day.Az представляет новость на азербайджанском языке

2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.

Day.Az Trend-ə istinadən bildirir ki, əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 385,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.