Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər

Day.Az представляет новость на азербайджанском языке

Avtomobilində nasazlıq yarandığından ustaya müraciət edən şəxs maraqlı hadisə ilə üzləşib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, məlum olub ki, avtomobilin katalizator adlanan detalının içərisi başqa usta tərəfindən sökülərək götürülüb.

Avtomobil ustası Rəsul Turabov deyir ki, son zamanlar bununla bağlı müraciətlər artıb. Katalizatorun içərisində bahalı metal olduğundan bəzi işbazlar onu sökərək çıxarır.

Rəsul Turabov deyir ki, belə avtomobillər bir müddət normal işləsə də sonradan problemlər yaranır.

Usta deyir ki, katalizator sistemində problem olan avtomobil sahibləri əslində böyük xərcə düşmədən də bu problemi həll edə bilərlər. Bunun üçün sadəcə katalizator sistemini yudurtmaq kifayətdir.

Ustalar onu da bildirir ki, katalizator sistemi avtomobilin ən həssas detallarındandır. Vaxtında qulluq edilməsə gələcəkdə problemlər çox ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.