Ucarda Mercedes yoldan çıxaraq aşıb

Day.Az представляет новость на азербайджанском языке

Ucar rayonunda maşın yoldan çıxaraq aşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza axşam saatlarında Bakı-Qazax magistral yolunun 248-ci km-də, Ucar rayonunun "dördyol" adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək, yoldan çıxıb və nəticədə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hələlik onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz