Salyanda yol qəzası: xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Salyan rayonunda yol qəzası baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 95-ci kilometrliyində rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayonun Babazənan yaşayış massivinin sakini, 1979-cu il təvəllüdlü Cəmil Kamil oğlu Əhmədov qarşıda hərəkətdə olan yük maşınından mişar daşının düşməsi nəticəsində idarəetməni itirib. O, yol kənarında avtomobilini saxlayıb düşmək istəyərkən arxadan gələn digər nəqliyyat vasitəsi onun maşınını vuraraq hadisə yerindən uzaqlaşıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aprılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz