"Mançester Siti"də yeni müqavilə

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə çempionu "Mançester Siti" fransalı futbolçusu Aymerik Laporte ilə müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı anlaşmanın müddəti 2025-ci ilə qədər artırılıb.

24 yaşlı müdafiəçi 2018-ci ildən "Mançester Siti"də forma geyinir. Fransalı futbolçu Premyer Liqa nəhənginə 65 milyon avroya Bilbao "Atletik"indən transfer olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz