Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Mercedes-Benz" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan 2 nəfər - Ağstafa rayon sakinləri, 27 yaşlı Məhəmmədəli Əsgərov və 28 yaşlı Samir Kazımov xəsarət alıblar. Digər avtomobildə isə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qazax şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.