XİN: Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünə hazırlıq gedir

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsinə hazırlıq gedir.

Day.Az-ın Trend-ə istinadla məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hazırda görüşün vaxtı barədə konkret məlumat yoxdur: "Bu istiqamətdə işlər davam etdirilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.