https://news.day.az/azerinews/1099349.html Bakıda müşahidə olunan qatı dumanın SƏBƏBİ

Bakıda müşahidə olunan qatı dumanın SƏBƏBİ

Azərbaycanca, 6 марта 2019 16:28 (UTC +04:00) 1 061
Bakıda müşahidə olunan qatı dumanın SƏBƏBİ

Day.Az представляет новость на азербайджанском языке

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda müşahidə olunan qatı dumanın səbəblərini açıqlayıb. 

Day.Az xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Report-a açıqlamasında deyib ki, Abşeron yarımadası və Bakıda hazırda nisbi rütubət 72-86 faiz təşkil edir.

O qeyd edib ki, dəniz suyunun temperaturu 7,5-8 dərəcə olduğu halda, quruda səhər temperatur cəmi 4 dərəcə isti təşkil edib: "Bununla yanaşı, Abşeron yarımadasında səhər saatlarında əsasən cənub, cənub-şərq istiqamətli külək, dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edirdi. Belə ki, rütubətli hava kütlələrinin soyuq yer səthindən keçməsi nəticəsində dumanın yaranması üçün əlverişli şərait olur. Bəzi yerlərdə dumandan çiskin ehtimalı var".

O, həmçinin vurğulayıb ki, martın 6-dan 7-nə keçən gecə və səhər yenidən zəif duman olacağı istisna olunmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости