Day.Az представляет новость на азербайджанском языке

Uzun illərdir ki, İngiltərədə yaşayan əslən Təbrizdən olan atom alimi Fəraməz Əkbərian dünyasını dəyişib.

O, doğulduğu Təbriz şəhərində dəfn olunub. Bu barədə Milli.Az-a məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. O, uzun illər İngiltərənin atom sənayesinin inkişafında elmi-tədqiqatalar aparan alimlərdən olub.

10 ilə yaxın idi ki, xəstəlikdən əziyyət çəkirdi. Fəraməz Əkbərian elmi fəaliyyəti ilə yanaşı, milli düşüncələri ilə tanınırdı. Həmişə İngiltərədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi.

Alimin həyat yoldaşı, İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova İngiltərədə Azəraycan diaspor fəaliyyətində və Ermənistan səfirliyi qarşısında keçirilən aksiyalarda fəallığı ilə seçilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!