Day.Az представляет новость на азербайджанском языке

Bakı sakini küçədə odlu silahla yaxalanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 34, mənzil 35-də yaşayan, əvvəllər məhkum olunmuş Ağazadə Şamxal Rasim oğlu yaşadığı binanın qarşısında saxlanılıb.

Onun üzərindən "Varnan" modelli revolver və 2 ədəd 46 kalibrli patron aşkar edilərək götürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!